Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ƏDALƏTİN TƏ’RİFİ
ƏDALƏTİN TƏ’RİFİ
Ədalət nə deməkdir? İlk baxışda bunu izah etməyə ehtiyac duyulmur. İnsanlar, az-çox zülmü, ayrı-seçkiliyi görüb müşahidə etmişlər. Ədalət, zülm və ayrı-seçkiliyin əksidir. Başqa sözlə desək, ədalət fitri bir şeydir. Bütün insanlar öz fəaliyyət, iste`dad və bacarıqlarına görə bir sıra haqlara malik olurlar. Ədalət o deməkdir ki, insanın malik olduğu hüquqlar ona lazımi qaydada verilsin. Hər hansı bir şəxsin malik olduğu hüquqlar ona verilməzsə, bu zülm və ədalətsizlikdir. Bə`zi qədim yunan filosofları ədalətin həqiqətini inkar edərək belə demişlər: «Əslində ədalətin bir mə`nası yoxdur, ədalət zorla eynidir; qanun hökmündən başqa bir şey deyildir, qanun isə zorla bəşərə qəbul etdirilmiş bir şeydir, demək ədalət zorla tə`yin olunur.»

Mən bu mövzunun üzərində mübahisə aparmaq istəmirəm, çünki bəhsimizdən uzaq düşərəm. Bu nəzəriyyə yanlışdır, haqqın həqiqəti olduğu kimi ədalətin də həqiqəti vardır.

Haqq haradan nəş'ət tapır? Haqqın əsas mənşəyi yaradılış aləmidir, hər bir mövcud öz xilqətində müəyyən bir hüquqa malikdir. Ədalət isə hər mövcudun haqqını özünə verməkdir. Bu filosofların sözləri isə mövhumatdan başqa bir şey deyildir.

Copyright 2008 © Imamhuseyn.org