|
|
|
|
 |
|
Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ƏDALƏTPƏRVƏRLİK FİTRİDİRMİ?
ƏDALƏTPƏRVƏRLİK FİTRİDİRMİ?
Sözlərimin ikinci hissəsi ətraflı bəhslər tələb edir. Yuxarıda qeyd olunduğu kimi, bu barədə qarşıya çıxan ilk sual budur: İnsanın zatında ədalətə meyl və yönəlmə vardırmı? İnsan bə`zi şeyləri öz fitrətinin hökmü ilə, heç bir xarici səbəb olmadan istəyir. Burada əsas amil ruh və cism quruluşdur. Misal üçün, siz bu iclasda iştirak edirsiniz və bu gözəl daş kitabələri görürsünüz. «La ilahə illəllah» lövhəsini ortada, sağ tərəfdə «Muhəmmədən-rəsulullah» və sol tərəfdə isə «Əliyyən vəliyullah» lövhəsini görürsünüz. Həmçinin qara bir ulduzu, (Fatimeyi-Zəhra səlamüllah əleyhanın əlamətini) on iki İmamın adını, ilahi kəlamları, tamamilə İslami şüarlar olan Qur`an ayələrini, Peyğəmbərin, Əmirəl-mö`mininin və İmam Həsənin buyurduğu kəlamları müşahidə edirsiniz. Özü də bu adları iki dəfə yazılaraq üz-üzə qoyulduqları halda görürsünüz. Bütün bunlardan həzz alırsınız və xoşunuza gəlir. Niyə? Bu kimi şeylərdə ləzzət hissini sizə kim məcbur etmişdir? Əlbəttə heç kim məcbur etməyib, sadəcə olaraq bu mənzərələr gözəl olduğu üçün xoşunuza gəlir. İnsanın zatında gözəllikdən zövq almaq qüvvəsi vardır. Bu da müəyyən qanuna, yaxud zora və məcburiyyətə möhtac deyildir; insanın zatındadır. Belə hisslər insanın zatında da mövcuddur. Ədaləti sevmək, başqalarının adil olmağına maraq göstərmək, hətta insanın özünə müəyyən mənafeyi olmasa da zatidir. Başqa sözlə, insanın özü cəmiyyətin ədalətli olmasını istəyir. İnsanın özü bu ədalətdən faydalanmasa da, bu meyl ümumbəşəri istəklərdən sayılır. Ancaq görəsən insanın zatında belə bir istək vardırmı?
|
|