Bə`ziləri insanın zatında belə bir qüvvə və gücün olmasına inanmırlar. Bir çox Avropa filosofları belə düşünürlər; dünyada bir çox problemləri yaradan məhz həmin filosofların təfəkkürləridir. Onlar deyirlər: «Ədalət kasıb, yazıq və yoxsulların irəli sürdükləri fikirdir. Zəiflər güclülərin qarşısında mübarizə etməyə qadir olmadıqları üçün ədalət sözünü yaratmışlar; onlar iddia edirlər ki, ədalət müsbət bir xüsusiyyətdir və insan ədalətli olmalıdır. Bunlar hamısı boş sözlərdir. Səbəbi də budur ki, ədalət tərəfdarı olan şəxslərin özü zorlu olsa, məhkum etdiyi şəxslərin gördüyü işləri görəcəkdir.» Məşhur alman filosofu Nitsşe deyir: «Zəiflər ədalət və ədalətsevərlikdən danışanda mən çox gülmüşəm. Baxıb görürəm ki, onlar özləri bu caynaqdan məhrum olduqları üçün (zoru) ədalətdən dəm vururlar. Fikirləşirəm ki, ay yazıq! Sənin də caynağın olsaydı, heç vaxt belə danışmazdın.» O filosoflardan biri deyir: «Doğrusu, insanlar ədalətə inanmır və ona etiqadları yoxdur».
Ədalətin zati bir xüsusiyyət olmasına inanmayan şəxslər iki dəstədir. Birincisi deyir: «İnsan bir arzu kimi olsa da ədaləti axtarmamalı, əksinə, qüdrət və zor dalınca getməlidir. Ədalət boş sözdür, onu axtarmayın və hətta arzulamayın, əvəzində zor dalınca gedin. Sözümüzü təsdiq edən bir məsələ də vardır: «İki düyun buynuz, bir metr quyruqdan üstündür.» (Zor buynuz, ədalət isə quyruqdur). Buynuzu əldə et, ədalət nəyə lazımdır?! Zorun dalınca get. Nitsşe və Makiavelli bu cür adamlardandır».