Ancaq başqaları bu sözlərə inanmır. Onlar deyirlər: «Ədalətin dalınca getmək lazımdır. Bu isə o demək deyil ki, ədalət bizim istəyimizdir; yox buna görədir ki, ayrı-ayrı şəxslər üçün ədalətin tə`minatı ümumi ədalətin tə`min olunması ilədir.» Rassel belə düşünür və həmin fikirlə humanist olduğunu iddia edir. Onun fəlsəfəsi bu sözü meydana gətirir və ona bu sözü deməkdən başqa çıxış yolu qalmır. Deyir: «İnsan zatən mənfəətələb yaranmışdır». Bu söz tamamilə doğrudur. Bəs ədaləti tə`min etmək üçün nə lazımdır? Bəşəriyyətə üz tutaqmı? "Ey insan, ədaləti sev!"-deyə müraciət etməliyikmi?! Zorla olmaz ki, bəşəriyyətin zatında ədalət sevərlik yoxdur. Zorla «ədaləti qəbul et» demək olarmı?! Ancaq başqa bir işdə görmək olar və o da budur ki, insanın əqlini, elmini və biliyini gücləndirib belə deyək: «Ey insan! Doğrudur ki, ədalət yaxşı bir xüsusiyyətdir, ancaq sənin mənfəəttələblikdən başqa bir çıxış yolun yoxdur, şəxsi mənfəət də ümumi mənfəətlə tə'min olunur. Ümumi ədalət olmasa, şəxsi ədalət də tə'min olmunmayacaqdır».
Doğrudur ki, öz zatının hökmü ilə qonşuna təcavüz etmək istəyirsən, ancaq sən təcavüz etsən, o da bu işi görəcək, sən isə bu işdən az faydalanacaqsan. Beləliklə, ağlını işə sal və fikirləş; nəticədə öz xeyrini ümumi ədalətdə tapacaqsan.