Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MARKSİZM GÖRÜŞÜ
MARKSİZM GÖRÜŞÜ
İkinci dəstənin daxilində üçüncü bir qrup da vardır. Onlar deyir: "Ədalət həyata keçirilə bilər, ancaq bu iş insanın vasitəsi ilə olmaz. Həqiqətdə, insana ədaləti dərindən sevdirmək, elmini və ağlını gücləndirməklə, onun ədalətin xeyirli olmasına inamını artırmaq mümkün deyildir. Ədaləti texnika sahiblərindən və iqtisadi avadanlıqlardan istəmək lazımdır. Bir sözlə, başa düşmək lazımdır ki, o, istəniləsi və sizə dəxli olan bir şey deyildir. Sən ədalətin dalınca gedə bilməzsən və sənin ədalətpərvərlik fikrin yalandır; sən qəti olaraq ədalətsevər deyilsən. Ağlının, səni bir gün ədalətsevərliyə yönəldə biləcəyi də yalandır. Bəşəriyyəti ədalətə yalnız texnika sövq etdirir. İqtisadi mərkəzlərin və əmək alətlərinin inkişafı kapitalizm dünyasına gətirib çıxarır. Kapitalizm dünyası isə istər-istəməz sosializm dünyasını yetişdirir. Sosializm dünyasında da təbii olaraq, mütləq texnikalaşdırma hökmünə əsasən bərabərlik və ədalət bərpa edilir; sən istəsən də, istəməsən də bu iş olacaqdır. Sən ədalətin icraiyyə amili olmadığın üçün tərbiyənin və ağlın ədalətə gətirib çxarmasını fikirləşməməlisən."
Copyright 2008 © Imamhuseyn.org