Çoxları həzrət İmam Zaman (ə.c.) mövzusu barədə deyirlər: «Bir insan min iki yüz il yaşaya bilərmi?! Bu təbiət qanunlarının əksinədir.» Bunlar bütün şeylərin adi təbiət qanunları ilə (yə`ni bu günkü elmi qanunlarla) yüz faiz uyğun olduğunu zənn etmişlər. Əslində bütün canlı aləmin [bitkilər və heyvanlar] həyatında meydana çıxan böyük dəyişikliklərin hamısı təbii olmamışdır. Yer üzündə bağlanmış ilk həyat rüşeyimi bioloji qanunauyğunluq əsasında olmuşdurmu? Yer üzündə tapılan birinci həyat hansı təbii qanunlarla müvafiqdir? Bu gün əldə olan elmi nəzəriyyələrə görə yerin ömründən qırx milyard il keçir. Milyard illər bundan əvvəl bizim yaşadığımız Yer kürəsi qızmar bir kürə imiş və onda heç bir canlının yaşaması mümkün deyilmiş. Elmi ehtimallara əsasən, yer üzündə ilk canlı neçə milyard il bundan əvvəl meydana gəlmişdir. Müasir elm sübut edir ki, canlı varlıq yalnız digər bir canlıdan əmələ gələ bilər. Canlının cansızdan yaranmasını sübut etmək olmaz. İlk canlının yer üzündə tapılmasına elm hələ də cavab verə bilməmişdir. Elm ilk böyük dəyişikliyə, yə`ni yer üzündə bağlanmış ilk həyat rüşeyiminin necə bağlanmasına cavab verə bilmir.
Sonra deyir: "Tapılan ilk həyat rüşeymi və ilk hüceyrə inkişaf edir. Başqa bir mərhələyə çatdıqda iki yerə bölünür; bitki və heyvan bölümü. Bitki və heyvan bölümü müəyyən xassələrlə fərqlənirlər. Hərçənd ki, bə`zi hissələr bir-birinin ziddi və bə`zən də bir-birinin tamamlayıcısı olmuşlar. Bu da qəribədir. Bitki olmadan heyvan və heyvan olmadan bitki ola bilməz. Xüsusilə də fəzada olan qazların istifadə edilməsi baxımından bu iş qeyri-məqbuldur. Həyat və yaşayışda tapılan və böyük dəyişiklik olan bu mərhələnin necə baş verdiyinə hələ də elm cavab verə bilməyib. Bitki bölümü və heyvan bölümü necə meydana çıxdı? Elm insanın yaranma mərhələlərini və belə bir qüdrətli mövcudun tapılmasının təhlil edə bilmir. Əql, düşüncə, iradə və ixtiyara malik olan bu mövcudun meydana gəlməsinin cavabını vermək elmin imkanından xaricdir.
Vəhy adi bir prosesdirmi?! Vəhyin özü (bir insanın metafizika aləmindən fərman ala biləcək məsələsi) bir nəfərin min üç yüz il diri qalması məsələsindən az maraqlıdırmı? Əslində bu məsələ təbii bir işdir və insan da onu aramaqdadır. Eyni halda bu iş təbiət qanunlarına da uyğun ola bilər. Bu günkü insanlar vasitə axtarırlar. Bə`zi dərmanlar və bə`zi formullarla insan ömrünü uzatmaq fikrindədirlər. İnsanın təbiət qanunlarına əsasən yüz, yüz əlli, iki yüz, yaxud beş yüz il ömür sürəcəyini demək olmaz. Bədən hüceyrələri məxsus həyat dövrü ilə məhdudlaşır, lakin bu məhdudiyyətin özü şəraitin məhdudiyyətindən irəli gəlir. Bəlkə də bir gün kiçik bir vasitə ilə bəşər ömrü beş yüz ilə qədər uzansın və bu iş insan üçün şübhəli deyil. Bu məsələ həyatda baş verə biləcək adi məsələlərdən sayılır.
Allah-taala həmişə göstərmişdir ki, dünyanın vəziyyəti bə`zi mərhələlərə çatdıqda, sanki qeyb vasitəsi ilə təsadüfü dəyişikliklər baş verir. Bu proses təbiət qanunları qarşısında namə`lumdur. Demək, insan onun haqqında mübahisə etməməli, yaxud ona şübhə ilə yanaşmamalıdır. Din isə insanın gözünü açıb, onun düşüncəsini adi cərəyanlar məhdudiyyətindən çıxarmaq üçündür.
Qeyd etdiyim kimi, o dövrdə elm, əql, rəftar və cəmiyyətin təkamül dövrü necə olacaq? Onlardan bir hissəsini misal olaraq deyirəm.