Keçən söhbətimizdə «ümumi ədalət» adlı mövzunu araşdırdıq. Bu gün həmin bəhsin davamı olaraq, həzrət İmam Zaman (ə.c.)-ın səadətli mövludu münasibəti ilə İmamın müqəddəs vücudu haqda danışmaq istəyirəm. Bəhsimiz tarixi cəhətdən olacaq və bu gecə «və`d edilmiş Məhdi» haqqında tarixi həqiqətlər sayılan bəzi məlumatları açıqlamaq istəyirəm.
Bu sahədə mə`lumatları olmayanlar Məhdəviyyətə e`tiqad tarixinin, təkcə həzrət İmam Zamanın (ə.c) dünyaya gəldiyi üçüncü əsrin yarısından başlanmasını zənn edirlər. İndi isə bu məsələni tam şəkildə haradan başlanıb, harada sona çatmasını aydınlaşdırmaq istəyirəm.