1.Qur`ani-kərimdə bu söz ümumi müjdə kimi açıqcasına deyilmişdir. Qur`anı diqqətlə oxuyan hər bir şəxs görər ki, İmam Zamanın (ə.c) müqəddəs vücudunun nəzərdə tutulan nəticəsi bir çox ayələrdə, gələcəkdə həyata keçirilməsi qəti olan bir iş kimi xatırlanmışdır. O cümlədən bu ayə:
Allah-taala Qur`an-Kərimdə buyurur:
«Zəburda zikrdən (Tövrat) sonra yazdıq: Saleh bəndələrim yer üzünün varisi [hökumət] olacaqlar.»[18]
Zəburda da bu sözü xatırlatdıq ki, yer üzü həmişəlik olaraq güclülərin, zalımların, dikbaşların əlində qalmayacaq. Gələcəkdə bütün yer üzündə saleh bəndələr hökumət edəcəklər. Bu ayənin işlətdiyi ifadələrdə heç bir şübhə yoxdur.
Qur`anda buyurulur ki, müqəddəs İslam dini bəşəriyyətin ümumi dini olacaq. Bütün dinlər onun qarşısında devriləcək və yaxud zəiflənəcəkdir. Bu isə və`d edilmiş Məhdinin müqəddəs vücudunun digər nəticələrindən sayılır.
Bu din Peyğəmbərin vasitəsi ilə başqa dinlərə qələbə çalmaq üçün göndərildi; yə`ni bütün dünya xalqları bu dinə iman gətirməlidirlər. Bəhsimiz Qur`an ayələri barədə olmadığı üçün bu qədər misal gətirməklə kifayətlənirəm.
Qur`an ayələrindən sonra növbə hədislərə çatır. Peyğəmbər (s) bu haqda bir söz buyurmuşdur, yoxsa yox? Və`d edilmiş Məhdi ilə bağlı rəvayətlər təkcə şiə rəvayətləri olsaydı, şübhə edənlər e`tiraz edib deyərdilər ki, bu məsələ həqiqətdirsə, həzrət Peyğəmbər (s) bu haqda nə isə bir şey buyurmalı idi. O həzrət bu barədə bir şey buyursaydı, onu təkcə şiələr deyil, başqa firqələr də rəvayət etməli idi. Cavab çox aydındır. Təsadüfən və`d edilmiş Məhdi haqqındakı rəvayətlər təkcə şiələrin tərəfindən nəql olunmamışdır. Sünnilərin bu sahədəki rəvayətləri şiə rəvayətlərindən çox olmasa da, az deyildir. Bu sahədə yazılan kitabları oxusanız, bu sözün doğru olduğunu biləcəksiniz. Son illərdə bu sahədə iki kitab yazılmışdır. Onlardan birini («Əl-Məhdi») rəhmətlik Ayətullah Sədr yazmışdır. O kitabda nəql olunan bütün rəvayətlər sünnilərdəndir. Adam o kitabın dərinliyinə vardıqda, sünnilərin və`d edilmiş Məhdi məsələsi ilə əlaqədar rəvayətlərinin şiələrdən çox olduğunu görür. Xoşbəxtlikdən farsca yazılan başqa bir kitab rəhmətlik Ayətullah Bürucirdinin əmri ilə toplanmışdır. «Müntəxəbül-əsər» adlı kitabı, indi də Qumda yaşayan Ağamirzə Lütfullah Safi rəhmətlik Ayətullah Bürucirdinin nəzarəti altında işləyib hazırlamışdır. Bu kitabı da oxusanız, bu sahədə olan bir çox rəvayətləri görəcəksiniz. Bu kitaba sünnilərdən müxtəlif məzmunlu ifadələr və bir çox rəvayətlər daxildir. Bu bəhsdə mən hələ də məsələnin rəvayət cəhətinə toxunmuram. Ayə cəhəti ilə də işim yoxdur. Başqa bir cəhətdən də İslamın (və`d edilmiş) məsələsi haqda bəhs etmək istəyirəm. O da budur ki, bu məsəl İslam tarixinə nə qədər tə`sirlər qoymuşdur? Biz İslam tarixini açıqladıqda görürük ki, bu sahədə Əmirəl-mö`min (ə) və Peyğəmbərdən nəql olunan rəvayətlərdən başqa birinci əsrin ikinci yarısından və`d edilmiş Məhdi ilə bağlı xəbərlər İslam tarixində bə`zi hadisələr yaratmışdır. Çünki, belə müjdə və belə sözlər Peyğəmbərdən nəql olunan rəvayətlərdə də vardır. Baxmayaraq ki, ondan sui-istifadələr də olunmuşdur. Bu da müsəlmanların arasında belə bir xəbərin Peyğəmbərin dilindən yayılmasına fakt sayılır. Belə xəbər olmasaydı, sui-istifadələr də olmayacaqdı.