Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ƏLİ ƏLEYHİSSƏLAMIN BƏYANI
ƏLİ ƏLEYHİSSƏLAMIN BƏYANI
Bu sahədəki tarixi hadisəni bəyan etməzdən əvvəl, Əmirəl-mö`minin Əli əleyhissəlamdan rəvayətlər nəql edəcəyəm.

Əmirəl-mö`minin Əli əleyhissəlam Kümeyl ibn Ziyadla çox söhbətlər etmişdir. Dərc olunan danışıqlara əsasən Kümeyl ibn Ziyad deyir: "Bir gecə Əli (ə) əlimi tutdu, məni özü ilə səhraya apardı. Səhraya çatdıqda köksünü ötürüb ürək sözlərini deməyə başladı:

"İnsanlar üç dəstədir: ziyalı alimlər, nicat yolunda olan tələbələr və çöl arıları. Sonra giley-güzar edərək dedi: Kümeyl! Bildiyimi deməyə layiq adam tapa bilmirəm. Bə`ziləri yaxşı adamdırlar, ancaq avamdırlar; bə`ziləri zirəkdirlər, ancaq dəyanətləri yoxdur və dindən öz dünyəvi məqsədləri üçün istifadə edirlər." İnsanları üç dəstəyə böldü, sonra öz yalqızlığından giley-güzar edərək dedi: "Ey Kümeyl! Mən yalqızlıq hissi keçirirəm. Mə yalqızam, öz ürək sözümü deməyə layiq adam tapa bilmirəm." Axırda bir dəfə dedi: «Dünya heç zaman boş qalmayacaqdır.»

Buyurdu: «Düzdür, eyni halda yer üzü heç zaman Höccətsiz qalmayacaq, aşkar görünən və ya gözlərdən gizli qalan höccət olacaqdır.»

Copyright 2008 © Imamhuseyn.org