Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MUXTARIN QİYAMI VƏ MƏHDƏVİYYƏT E’TİQADI
MUXTARIN QİYAMI VƏ MƏHDƏVİYYƏT E’TİQADI
Məhdəviyyətə e`tiqad bəsləməyin tə`sirinin ilk zühurunu, Muxtarın İmam Hüseyn (ə)-ın qatillərindən aldığı intiqam macərasında görürük. Şübhəsiz, Muxtar çox siyasətli adam imiş. Onun hərəkatı dindarlardan daha çox siyasətçilərin hərəkat üslublarından yararlanırdı. Ancaq Muxtarın pis və ya yaxşı adam olmasını demək istəmirəm və bununla işim yoxdur. Mövzu, imam Hüseynin (ə) qatillərindən intiqam mövzusu olduğu üçün və yaranan şəraitin ən yaxşı şərait olduğuna baxmayaraq, xalq onun (Muxtarın) rəhbərliyi ilə bu hərəkata hazır olmayacaqlarını yaxşı bilirdi. Bəlkə də (bə`zi rəvayətlərə əsasən) o, İmam Zeynəlabidin (ə) ilə görüşdü, ancaq o həzrət qəbul etmədi. Və`d edilmiş Məhdi məsələsini, Peyğəmbərin xəbər verməsini, Əmirəl-mö`mininin oğlu və Seyyidüş-şühədanın qardaşı Məhəmməd ibn Hənəfiyyə olduğunu irəli sürdü, çünki adı Məhəmməd idi. Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə deyilir ki, «ismuhu-ismi», yəni, mənim adım, onun adıdır. Dedi: "Ey camaat! Mən Peyğəmbər (s) xəbər verdiyi İmam Zamanın naibiyəm. (Buna da diqqət edin ki, İslamın ilk günlərindən Məhdinin zühuru zamanı müəyyənləşdirilməmişdir. Əlbəttə, bə`zi xas adamlar onun kimin oğlu, kimin nəvəsi və kimin nəticəsi olduğunu və Peyğəmbər (s)-in bu haqda «Mənim övladımdan olan Məhdi mütləq zühur edəcək» buyurduğunu bilirdilər. Ancaq bu tarixi müəyyənləşdirən bir dəlil yoxdur.) Muxtar neçə müddət İmam Zamanın nayibliyi ilə siyasi rolunu ifa etdi. İndi görək, Məhəmməd ibn Hənəfiyyə doğrudan da və`d edilmiş Məhdi olduğunu qəbul etdimi? Bə`ziləri deyirlər, intiqam almaq üçün qəbul etdi, ancaq bu söz sübut olmamışdır. Muxtarın Məhəmməd ibn Hənəfiyyəni və`d edilmiş Məhdi kimi tanıtdırdığında heç şübhə yoxdur. Sonralar da elə buradan başlayaraq «Keysaniyyə» təriqəti yarandı. Məhəmməd ibn Hənəfiyyə öləndən sonra dedilər: Və`d edilmiş Məhdi dünyanı ədalətlə doldurmamış ölməz, demək, Məhəmməd ibn Hənəfiyyə ölməmişdir; o, «Rəzəva» dağında qeyb olmuşdur.»
Copyright 2008 © Imamhuseyn.org