Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ZÖHƏRİNİN SÖZLƏRİ
ZÖHƏRİNİN SÖZLƏRİ
İslam tarixində başqa cərəyanlar da vardır. Əslən Əməvi olan qeyri-şiə tarixçisi Əbül Fərəc İsfahani «Məqatilüt-talibin»də yazır: «Zeyd ibn Əli ibn Hüseynin şəhadət xəbəri Zöhəriyə çatdıqda dedi: "Nə üçün Əhli-beyt (ə) bu qədər tələsir?! Onların zühur edəcək Məhdisi bir gün gələcək.» Aydınlaşır ki, Peyğəmbər övladından olan və`d edilmiş Məhdinin zühuru o qədər təbii imiş ki, Zeydin şəhadət xəbərini Zöhəriyə verdikdə, onun zehni Zeydin qiyam etməsinə sarı cəlb olaraq deyir: «Bu Peyğəmbər övladı nə üçün tələsib, tez qiyam edir?! Bunlar indi qiyam etməməlidirlər, bunların qiyamı və`d edilmiş Məhdinin əli ilə olmalıdır.» Mənim Zöhərinin e`tirazının düzgün olub-olmaması ilə işim yoxdur, bəlkə də düzgün deyil. Məqsədim Zöhərinin «Peyğəmbərin Əhli-beytindən bir nəfər bir gün qiyam edəcək və onun qiyamı xilaskar və uğurlu olacaq»- deyə danışmasıdır.
Copyright 2008 © Imamhuseyn.org