Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » NƏFSİ-ZƏKİYYƏ QİYAMI VƏ MƏHDƏVİYYƏT E`TİQADI
NƏFSİ-ZƏKİYYƏ QİYAMI VƏ MƏHDƏVİYYƏT E`TİQADI
İmam Həsən (ə)-ın Həsən adlı bir oğlu var idi və buna görə də «Həsəni müsənna» (ikinci Həsən) deyirdilər (yə`ni Həsən ibn Həsən). İkinci Həsən İmam Hüseyn (ə)-ın kürəkəni idi. Hüseynin qazı Fatimə ikinci Həsənin həyat yoldaşı idi. Hüseyn (ə)-ın qızı Fatimə ilə ikinci Həsəndən Əbdullah adlı bir oğlan dünyaya gəlmişdi. Bu oğlan həm ana tərəfindən, həm də ata tərəfindən həzrət Əli (ə) və həzrət Zəhra (ə) ilə əlaqələndiyinə görə, həm də son dərəcə sədaqətli olduğu üçün «Əbdüllahi Məhz» ləqəbi qazanmışdı. Əbdüllahi Məhz həm Ələvi, həm də Fatimi idi. Həm ata, həm də ana tərfindən Əli (ə) və Fatimə (s.ə)-nın övladı sayılırdı. Əbdüllahi Məhzin Məhəmməd və İbrahim adlı iki oğlu var idi. Bunların dövrü Əməvilər dövrünün sonuna (təxminən 130-cu Hicri ili) təsadüf edirdi. Məhəmməd ibn Əbdüllah çox şərafətli adam olduğuna görə «Nəfsi-zəkiyyə» ləqəbi ilə tanınmışdı. Əməvilər dövrünün sonunda «Həsəni seyyidləri» qiyam etdilər. (Geniş macəradır). Hətta Abbasilər də Məhəmməd ibn Əbdüllahi-məhzə bey`ət etdilər. Həzrət Sadiq əleyhissəlamı da iclasa də`vət edib dedilər: «Biz qiyam etmək istəyirik və Məhəmməd ibn Əbdüllaha bey`ət etmək fikrindəyik. Siz də hüseynilər seyyidi olduğunuz üçün ona bey`ət edin.» İmam buyurdu: «Bu işdə məqsədiniz nədir? Məhəmməd əmr be mə'ruf və nəhy əz münkər uğrunda qiyam etmək istəyirsə, mən də onunla əməkdaşlıq edib, ona arxa dururam; qiyam etməsi bu ümmətin Məhdisi ünvanı ilə olsa, səhv edir. Bu ümmətin Məhdisi o deyil, başqa bir kəsdir. Mən isə bu işi heç zaman təsdiq etməyəcəyəm.» Bəlkə də bir az Məhəmməd ibn Əbdüllah üçün də məsələ yanlış anlaşılmışdı; çünki o, Peyğəmbərin adını daşıyırdı, çiynində də xalı var idi. (Peyğəmbərin çiynində xalı var idi ki, peyğəmbərlik nişanı sayılırdı). Onlar deyirdilər: "Bəlkə də bu xal onun ümmət Məhdisi olduğunun nişanıdır.» Ona bey`ət edənlərin bir çoxu ümmət Məhdisi ünvanı ilə bey`ət etdilər. Burada ümmət Məhdisi məsələsinin xalq arasında qəti olduğu aydınlaşır, çünki o zaman qiyam edən hər bir adam bir az saleh və doğru danışan olurmuşsa, deyirmişlər ki, «bu Peyğəmbər buyurduğu Məhdidir». Əgər Peyğəmbər bu sözü deməsəydi, belə olmazdı.
Copyright 2008 © Imamhuseyn.org