|
|
|
|
 |
|
Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ABBASİ XƏLİFƏSİ OLAN MƏNSURUN PLANI
ABBASİ XƏLİFƏSİ OLAN MƏNSURUN PLANI
Hətta görürük ki, Abbasi xəlifələrindən birinin adı da Məhdi imiş [üçüncü Abbasi xəlifəsi Mənsurun oğlu]. Birinci xəlifələri Səffah idi. İkincisi Mənsur və üçüncüsü Mənsurun oğlu Məhdi Abbasi. Tarixçilər, xüsusilə «Dar Mister» yazır: «Mənsur özü bilə-bilə oğlunun adını Məhdi qoydu; ondan siyasi məqsədlər üçün istifadə etmək istəyirdi; bu yolla xalqı aldadıb deyirmiş ki, siz intizarında olduğunuz Məhdi, mənim oğlumdur». Buna görə «Məqatilut-talibin» və başqa yerlərdə yazmışlar ki, bə`zən öz yaxın adamları ilə qarşılaşdıqda bu sözün yalan olduğunu e`tiraf edirdi. Bir gün qohumu Müslim ibn Qüteybə ilə rastlaşaraq dedi: «Məhəmməd ibn Əbdüllahi Məhz nə deyir?» Dedi: «Ümmət Məhdisi olduğunu deyir». Dedi: «Səhv edir, ümmət Məhdisi nə odur, nə də mənim oğlum». Amma bə`zi şəxslərlə üzbəüz olduqda deyirdi: «Ümmət Məhdisi o deyil, mənim oğlumdur». Dediyim kimi, ona bey`ət edənlərin çoxu həmin adla bey`ət etdilər. Bu da Peyğəmbərdən nəql olunan və dillərə düşən rəvayətlərin çoxluğundan irəli gəlirdi. Əhali səhvə yol verib, məsələni arayıb aydınlaşdırmadan onun ümmət Məhdisi olduğuna iman gətirmişdilər.
|
|