Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » SÜNNİ TƏRİQƏTİNDƏ MƏHDƏVİYYƏT E’TİQADI
SÜNNİ TƏRİQƏTİNDƏ MƏHDƏVİYYƏT E’TİQADI
Bu məsələnin təkcə şiəliyə aid olmamasını bilmək istəsəniz, məhdəviyyət iddiaçılarının şiələr, yoxsa sünnilər arasında daha çox olmasına diqqət yetirin! Görəcəksiniz ki, sünni təriqəti arasında da Məhdilik iddiası edənlər çox olmuşdur. Bunların biri sudanlı Məhdi, yaxud sudanlı Mütəməhid olmuşdur. Onun keçmiş son əsrdə Sudanda zühur edib, yaratdığı cəmiyyət elə həmin son illərə qədər davam etmişdir. Əslində bu adam məhdəviyyət iddiası ilə zühur etmişdir. Məhdəviyyətə e`tiqad bəsləmə məsələsi sünnilərin arasında çox olduğu üçün qondarma Məhdinin meydana gəlməsinə zəmin yaratmışdır. Başqa İslam ölkələrində də məhdəviyyət iddiaçıları çoxmuş. Hindistanda və Pakistanda «Qadiyanilər» həmin məhdəviyyət iddiası ilə çıxış etmişlər.
Copyright 2008 © Imamhuseyn.org