Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » HAFİZİN SÖZÜ
HAFİZİN SÖZÜ
Mən Hafizin şiə ya sünni olduğunu qəti şəkildə bilmirəm. Bir kimsənin də onun mütləq şiə olduğu haqda danışdığını eşitməmişəm. Ancaq Hafizin şe`rlərində [həmin məsələyə işarə etdiyini] görürük; onun iki şe`ri yadımdadır.

Məzmunu:

«Haradadır dəccal gözlü, mülhid görkəmli sufi,

de yansın, çünki dinin pənahı Məhdi yetişdi».

Şe`rin tərcüməsi:

Ey könül müjdə ver ki, İsa nəfəsli bir kimsə gəlir.

Onun xoş nəfəslərindən bir kimsənin ətri gəlir.

Qəmdən fəryada gəlmə, çünki keçən gecə

Fal açmamış, «dada yetişən» gəlir.

Vadiyi-imən odundan təkcə mən xoşhal deyiləm.

Musa bir qığılcım ümidi ilə buraya gəlir.

Məqsədin haradan olduğunu heç kim bilmir,

Yalnız bir zəng səsinin eşidilməsi, bəllidir.

Bu bağçanın bülbülündən soruşmayın, çünki mən,

Qəfəsdən gələn nəsə bir nalə səsini eşidirəm

 

Tarixi baxımdan bəhs etdiyim mövzular burada sona çatır. Ancaq İmam Zamandan (ə.c.) sonra iddiaçıların zühur etməsi məsələsi uzun məsələdir; ona toxunmaq istəmirəm. Bəhslərimə üç mətləbi bəyan etməklə yekun vururam.

Dünyanı zülm bürüdükdən sonra ümumi ədalət meydana çıxacaq; bu da bir məsələ qarşıya çıxarır: "Bə`ziləri həmin sözə əsaslanaraq hər bir islahata zidd olub deyir ki, dünya zülm ilə dolmalı, sonra bir inqilab nəticəsində ədalət hakim olmalıdır. Dilə gətirməsələr də ürəklərində islahatla müxalifdirlər. Bir nəfərin islahat uğrunda bir addım atdığını gördükdə narahat olurlar. Cəmiyyətdə xalq arasında dindarlığa qarşı maraq gördükdə bərk əsəbləşir və ona qarşı çıxırlar. Onların fikrincə, İmamın zühuru üçün vəziyyət daha da gərginləşməlidir. İslahat uğrunda təşəbbüs göstərərək xalqı dinə sarı yaxınlaşdırmağımız, İmam Zamanın (ə.c) zühuruna xəyanət sayılır. Bu işlə biz onun zühurunu gecikdirmiş oluruq. Görəsən doğrudan da belədirmi? Bunu aydınlaşdırmaq lazımdır.

Copyright 2008 © Imamhuseyn.org