Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MƏHDƏVİYYƏT - ÜMUMDÜNYA FƏLSƏFƏSİ
MƏHDƏVİYYƏT - ÜMUMDÜNYA FƏLSƏFƏSİ
Həzrət İmam Zaman (ə.c) barədəki düşüncəmizi İslama tətbiq etməyə çalışın. Ümumiyyətlə, biz bunu intiqam və kin-küdurətə qapılan bir adamın uşaqlıq arzusu kimi göstərmişik. Sanki həzrət Höccət yalnız Allah-taalanın, onun gəlib bizləri xoşbəxt etməsinə dair izn verməsini gözləyir. Yox, bu böyük ümumdünya fəlsəfəsidir, çünki İslam özü ümumbəşəri bir dindir; şiəlik həqiqətdə ümumdünya bir məsələsidir. Biz bunu ümumdünya fəlsəfəsi kimi başa düşürük. Qur`anda buyurulur:

«Zəburda zikrdən (Tövrat) sonra yazdıq: Saleh bəndələrim yer üzünün varisi [hökumət] olacaqlar.»[19]

Söz yerdən gedir, filan məntəqədən, filan soydan və filan tayfadan yox. Birinci məsələ gələcəyə ümid bəsləməkdir. Dünya gələcəkdə məhv olmayacaq. Bu düşüncənin Avropada yarandığını təkrar-təkrar demişəm. Onlar deyirlər: "Bəşəriyyətin, mədəniyyət adlı öz əli ilə qazdığı quyuya düşmək mərhələsinə çatmasına bir addımdan çox qalmır. Zahirdə də belədir, ancaq din və məktəb bizə deyir: «Bəşəriyyətin səadətli yaşayışı gələcəkdədir, indiki yaşayış ötəridir. İkinci məsələ isə, o dövrün, əql və ədalət dövrü olmasıdır.». Siz insanın üç ümumi dövrə malik olduğunu görürürsünüz. Oyun-oyuncaq və qayğısız düşüncələrin hakim olduğu uşaqlıq dövrü, gənclik dövrü və ağıllılıq, qocalıq dövrü. Bu dövr yetginlik və təcrübələrdən istifadə etmək dövrü, hissdən uzaq və ağıl hökuməti dövrüdür. Bəşər cəmiyyəti də belədir. Bəşər cəmiyyəti də üç dövrü keçirməlidir. Birinci dövr əfsanə və sehrkarlıq dövrü, yaxud Qur`an ifadəsi ilə desək cahillik dövrüdür. İkinci dövr elm dövrüdür, ancaq elm və gənclik, şəhvət və açıqlıq hökuməti dövrü sayılır. Doğrudan bizim əsrimiz hansı mərhələdədir? İnsan diqqətlə hesablasa, indiki zamanın açıqlıq, ya şəhvət dövründə olduğunu açıq-aşkar görə bilər. Mə`rifət, ədalət, sülh, insalıq və mə`nəviyyət hökuməti edən bir dövr olmayacaqmı? Mümkündürmü ki, belə bir dövr olmasın?!

Allah-taalanın aləmləri yaradıb bəşəriyyəti onun ən üstün məxluqu qərar verməsi, yetkinlik dövrünə çatmadan onu tamamilə məhv etməsi mümkündürmü?!

Demək, məhdəviyyət böyük bir fəlsəfədir. İslami məzmunlarımızın nə qədər ali olduğuna baxın!

Mübarək Ramazan [orucluq] ayının ərəfəsindəyik, inşaallah mübarək Ramazan gecələrində iftitah duasını oxuyacaqsınız. Bu duanın bir çox hissələri İmam Zamanın (ə.c.) vücuduna məxsusdur, mən isə onları oxuyuram. Mənim duam bunlar olacaqdır:

İlahi! Biz arzu edirik və səndən böyük və ulu dövlət bayrağı altında yaşamağımızı istəyirik.

Sən onunla həqiqi İslama, İslam əhlinə izzət bağışlayıb, nifaqları, iki üzlülükləri aradan aparıb, zəlil edəcəksən.

Bizə bu iftixarı verirsən ki, o dövrdə başqalarını sənin itaətinə də'vət edənlərdən və sənin yolunda başqalarının göstəriş verəni və rəhbəri və qabaqcılı olaq.

İlahi! Bizi bu dünyada və axirətdə sənin rəhmət və inayətindən feyz aparanlardan et!

İlahi! Səni Öz Müqəddəs Zatına və kəramətli övliyalarına and veririk! Bizi bu böyük arzuya çata bilən layiqli bəndələrindən et!

Copyright 2008 © Imamhuseyn.org